Goranboyda körpənin ölümü ev şəraitində baş verib.
ONN media xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, fevralın 20-si onaylıq körpə - Nihat Sərvan oğlu Mirzəyev Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı altıkomponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin ikinci dozası tətbiq edilib:
"Peyvənddən sonra körpə tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib.
Fevralın 21-i saat 13:10-da Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq-Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü körpənin ölüm faktını təsdiq edib. Ölüm hadisəsi ev şəraitində baş verib.
Körpənin meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə - ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur.
Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanacaq".



Peyvənd vurulan körpə öldü
Azərbaycanda 6 aylıq körpənin inanılmaz ölüm səbəbi
Bu peyvəndin yan təsirləri aşkar edildi
Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapdılar - FOTO
Zaqatalada DƏHŞƏTLİ OLAY- Yeni doğulan körpə...
Astarada qızılcadan ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA
TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Goranboyda naməlum meyit tapıldı
Tovuzda yeni doğulmuş körpə öldü
Xaçmazda avtomobildə doğulan körpə öldü
Salyanda küçədən yeni doğulmuş qız uşağı tapıldı
Bu qurumlardan əhaliyə: Peyvənd olunun!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 