Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir. Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - deyə məlumatda qeyd edilib.



Bakı- Şamaxı yolunda ağır yol qəzası baş verib
Azərbaycanda DYP əməkdaşı ağır qəza törətdi - YARALILAR VAR
Sürücü vurduğu piyadanı həkimə apararkən, yolda birini də vurdu və...
Mərdəkanda avtomobil qəza törətdi, ölən var
Bakıda zəncirvari qəza- Eyni anda 5 avtomobil...
Qəbələdə ağır qəza olub
"Bakubus" avtobusu dəhşətli qəza törətdi - ÖLƏN VAR
Tovuzda AĞIR QƏZA: ölən və xəsarət alanlar var
DİN sürücülərə müraciət edib
Kürdəmirin mərkəzində "Azpetrol"un avtomobili ağır qəza törətdi - ÖLƏN VAR
Yük maşını qəza törədib- XƏSARƏT ALAN VAR
Bakıda lüks avtomobil qəza törətdi və...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 