İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük gölün əmələ gəlməsinə səbəb olub.
ONN media xəbər verir ki, çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.
Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlərin sözlərinə görə qəfildən gələn sel suları piyadalara və iri və xırda buynuzlu heyvanlar üçün də təhlükə yaradıb.
Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.
Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.



Şamaxıda təbii FƏLAKƏT
Selə görə Lahıc və İsmayıllı arasında əlaqə kəsildi
Tovuzda leysan - evlər, maşınlar su altında qaldı
Leysan bu rayonlarda fəsadlar törətdi
Quba-Xınalıq yolu iki saat bağlı qaldı - NİYƏ?
DİQQƏT: Quba-Xınalıq yolu bağlandı — RƏSMİ
Tərtərin bu kəndini su basdı
Lənkəranda kənd evləri təhlükə ilə üzləşib
SON DƏQİQƏ: Şamaxı-İsmayıllı yolunu sel basdı - VİDEO
Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlanıb
Göyçayda son vəziyyət necədir?
Azərbaycanda təbii fəlakət- TƏHLÜKƏ VAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 