ONN media xəbər verir ki, Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpüsünü dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev bildirib ki, təbii fəlakət zamanı Göyçay çayının yatağı 10 metr dərinləşib, eni isə 30 metr genişlənib.
Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.
Komissiya sədri bildirib ki, təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qaz verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib: "Gecədən səhərədək ərazidə “Aztelekom” İB-nin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin, Göyçay çayın sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”.



60 kənd işıqsız qaldı
Güclü külək bu rayonlarda fəsad törədib
Göyçayda bədbəxt hadisə- Ölən var
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
Göyçay çayında yük maşını batıb
Göyçayda ATS yanıb
Göyçayda güclü yanğının qarşısı alındı
Türkiyədə enerji PROBLEMİ: 13 briqada səfərbər edildi
Göyçayda azyaşlı qızı maşın vurdu
Azərbaycanda 34 yaşlı müəllim intihar etdi
Göyçayda 16 yaşlı qızı maşın vurdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 