İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov həbs olunub.
ONN media-nın Avropa.info-dan aldığı məlumata görə, Qəhrəman Qəhrəmanov İmişli rayonunda pambıqçıların zəhərlənməsi hadisəsinə görə saxlanılıb.
Bundan əlavə, MKT-İK MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay adlı şəxs də həbs olunub.
Həbs olunan şəxslərin barəsində cinayət işi başlanılıb, cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.
Zəhərlənmə hadisəsi ilə məsuliyyət daşıyan vəzifəli şəxslərin həbsinin davam edəcəyi bildirilir.
Xatırladaq ki, kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi. Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar.



3 vəzifəli şəxs həbs olundu
Vəzifəli şəxslər HƏBS OLUNDU - RƏSMİ
Nazir rəisi işdən çıxartdı — Yeni təyinat
Nazirliyin iki idarə rəisi işdən çıxarıldı - YENİ TƏYİNATLAR
İşdən çıxarılan baytara yenidən vəzifə verildi
94 nəfərə zərər vuran vəzifəli şəxs həbs olundu
Kərimov vəzifəsindən AZAD EDİLDİ
SON DƏQİQƏ: MN-də vəzifəli şəxs həbs edildi
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi
Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
ASAN Xidmət əməkdaşını qaçıran şəxs həbs olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 