Cari ildə pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlamış cinayət işi ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.
Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim olunmuş etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.
Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunub.
Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplandığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, “CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanaraq müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.
Hazırda aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə insanların həyat və sağlamlığına təhlükə yarada biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində profilaktiki tədbirlər həyata keçirilməklə, digər epizodlar üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Prezident İlham Əliyev Saatlıdakı zəhərlənmə hadisəsini nəzarətə götürdü
Kamran Əliyev yanğınla bağlı göstəriş verdi
Usubov yanğın baş vermiş ərazidə
Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı
MN-də vəzifəli şəxs həbs olundu
Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı AÇIQLAMA
3 vəzifəli şəxs həbs olundu
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Məhkəmə Yunis Səfərovla bağlı QƏRAR VERDİ
Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
Narkoloji Mərkəzdə yanğınla bağlı "Qaynar xətt" yaradıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 