ONN İnformasiya Agentliyi

Bakıda qəbirsanlıqda yanğın

Bakıda qəbirsanlıqda yanğın
24-06-2018, 18:54


ONN media xəbər verir ki, Bakının ən böyük qəbiristanlığı hesab edilən Yasamal qəbiristanlığında yanğın baş verib.

Yanğın qəbiristanlığın kimsəsiz xristian qəbirlərinin olduğu hissədə baş verib. Yanğın quru otlaq sahədən başlayıb və alov 500 kvadratmetr ərazini əhatə edib.

Yanğın nəticəsində yaxınlıqdakı qəbirlərə də ziyan dəyib.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bu ərazilərdə yanğınların tez-tez baş verdiyi bildirilir. Buna səbəb isə ərazinin baxımsız, bərbad vəziyyətdə olmasıdır. Xəbərdaredici nişanlar qoyulsa da məzarlığı ziyarətə gələnlər buna əhəmiyyət vermir və siqaret kötüklərini yerə atırlar və bu da yanğınla nəticələnir.

Məzarlığın əksər hissəsində yanğın təhlükəsi hələ də qalmaqdadır.

Qeyd edək ki, Yasamal qəbiristanlığı əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png