Bərdə rayonu ərazisində yerləşən Lək qəbiristanlığında bu gün günorta saatlarında yanğın baş verib.
ONN media xəbər verir ki, yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.
Hadisə yerinə FHN-nin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.
İlkin ehtimallara görə, Lək kənd qəbiristanlığında başlayan yanğına səbəb həmin qəbiristanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbiristanlıqda 400-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, ağacların gövdəsi yanıb.
Lək qəbiristanlığında başlayan yanğın, ümumilikdə, 1 hektar əraziyə yayılıb, quru ot yanıb. Yanğından mühafizə xidmətinin, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.



Lerik meşələrində yanğın - 1 hektar ərazi kül oldu
Azərbaycanda DƏHŞƏTLİ YANĞIN: 10-a yaxın obyekt...
Qazaxdakı yanğından YENİ XƏBƏR VAR
Hirkan Milli Parkında güclü yanğın baş verib
Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ
Oğuzda meşədə yanğın olub - VİDEO
5 mindən çox cücə tələf oldu - Fermada yanğın
Bakıda parkda yanğın
Ağsuda baş verən yanğın söndürüldü
Göyçayda güclü yanğın: 5 rayondan yanğınsöndürənlər cəlb edildi
Hirkan Milli Parkında YANĞIN
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 