Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər.
ONN media xəbər verir ki, cari ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 1708, o cümlədən satışı ilə bağlı 525, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 118 fakt müəyyən edilib.
Faktlar üzrə 734,4 kiloqram narkotik vasitə, o cümlədən 483,4 kiloqram marixuana, 157,9 kiloqram tiryək, 70,1 kiloqram heroin, 8,3 kiloqram həşiş, 14,6 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə, 1 ton 126 kiloqram narkotik tərkibli çətənə, 6,4 kiloqram xaş-xaş bitkiləri götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin 2,2 kiloqram güclü təsiredici xüsusiyyətə malik, 1,4 kiloqram zəhərli və 334,5 qram psixotrop maddə aşkar edilərək götürülüb.
Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkar edilərək məhv edilib.
Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 kiloqram çoxdur.
Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.



381 kiloqram narkotik dövriyyədən çıxarıldı
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Qobuda 35 kq narkotik müsadirə edildi
22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
25 kq narkotik dövriyyədən çıxarıldı
Masallı polisindən əməliyyat: saxlanılanlar var
DİN genişmiqyaslı ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda HƏBS OLUNAN VAR
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
DİN-dən ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı
Polis əməliyyat keçirdi: 57 nəfər saxlanılıb
Daha 29 nəfər tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 