Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq, hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil müşahidə olunub. Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.
Avtomobilə keçirilən baxış zamanı yük yerində Şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.
Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.İnzibati xəta törətdiyinə görə İssi Ercan Mehmet barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.
Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin Şahin quşunu ovlaması barədə məlumat ETSN-yə vətəndaşlar tərəfindən daxil olub. Nazirlik təbiətin mühafizəsində diqqət və dəstək göstərən belə vətəndaşlara xüsusi təşəkkürünü bildirir.



Şahin quşlarını qanunsuz ovlayan əcnəbi saxlanıldı
Tülkü ovlayan şəxs cərimələndi
İcazəsiz ova cəhd edən Biləsuvar rayon sakinləri saxlanılıb
Azərbaycanda Qətər vətəndaşı saxlanılıb
İcazəsiz ova cəhd edən şəxs saxlanılıb
Qanunsuz ov edən saxlanıldı
Qanunsuz ov etmək istəyən 4 nəfər saxlanıldı
Polis evdən tapança və narkotik bitki yetişdirilən dibçək tapdı
Masallıda qanunsuz kömür quyuları aşkar edildi
Postda saxlanılan maşından silah çıxdı - DİN
DİN əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Komendant postunda saxlanılan iki avtomobildə odlu silah aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 