ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib.
14 sentyabr 2018-ci il tarixində keçirilən reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb.
Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.
16 sentyabr 2018-ci il tarixində keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində “Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.
Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.



İcazəsiz ov edənlər saxlanıldı
Biləsuvarda brakonyerlər saxlanılıb
İcazəsiz ov edən şəxs saxlanılıb
İcazəsiz ov edən şəxs saxlanılıb
İcazəsiz ov edən şəxslər saxlanılıb
İcazəsiz ova cəhd edən şəxs saxlanılıb
Ağcabədidə qanunsuz ov edən saxlanılıb
İcazəsiz ov edən şəxslər saxlanılıb
Ov etmək istədi və...
Qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı
Qanunsuz ov edən ərəb cərimələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 