ONN media xəbər verir ki, Şirvan Milli Parkının ərazisində 30 mart 2018-ci il tarixində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.
Qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, 30 mart 2018-ci il tarixində milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirmişdi. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı. Hadisəni törədən şəxslərdən biri, Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri, Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdı.



Məhkəmə qanunsuz ceyran ovlayanlar barədə QƏRAR VERDİ
Qanunsuz ov edən şəxs CƏZA ALDI
Qarabağda döyüşmüş terrorçuya hökm oxundu
Qanunsuz ov edən şəxs cəzalandırıldı
Brakonyerlər Qızılağac milli parkının əməkdaşlarına atəş açdı - YARALI VAR
Tülkü ovlayan şəxs cərimələndi
Milli Parkdakı ceyran güllələnib?
ASAN Xidmət əməkdaşını qaçıran şəxs həbs olundu
Azərbaycanda terror törətmək istədi və...
Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
Qanunsuz ov edənlər cəzalandırıldı
Qonur ayını ovlayan 6 nəfər saxlanıldı – SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 