Şirvan Milli Parkının ərazisində martın 30-da qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.
Bu barədə ONN media -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, 30 mart 2018-ci il tarixində milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirmişdi. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı. Hadisəni törədən şəxslərdən biri, Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri, Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.



Ceyran ovlayan şəxs həbs olundu
Qarabağda döyüşmüş terrorçuya hökm oxundu
Qanunsuz ov edən şəxs CƏZA ALDI
Tülkü ovlayan şəxs cərimələndi
Milli Parkdakı ceyran güllələnib?
Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
Azərbaycanda terror törətmək istədi və...
“Bəli, söymüşəm, peşman da deyiləm”
Nazirlik direktoru cərimələdi
Azərbaycanda Qətər vətəndaşı saxlanılıb
DTX-nin tutduğu məmura hökm oxundu
Azərbaycanda Milli Parkın rəhbərliyinə cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 