ONN media Publika-ya istinadla xəbər verir ki, Erməni silahlı birləşmələrinin dinc əhalini hədəf almasının nəticəsində bu dəfə Tovuz rayonun bir sıra kəndlərinə ciddi ziyan dəyib. Evlərin dam örtüyü zədələnib, pəncərələr sınıb.
Tovuz rayon Ağbulaq ərazi nümayəndəsi Kamil İbrahimov bildirib ki, son günlər atəşkəsin pozulması nəticəsində 20-dən çox evə ziyan dəyib:
“Posta yaxın məsafədə yerləşən evlər daim təhlükədədir. Son günlər atəşkəsin davamlı pozulması nəticəsində 20-dən çox evin dam örtüyü dağılıb, pəncərələrə sınıb. Hazırda rayon icra hakimiyyəti nümayəndələri kəndlərdə evlərə baxış keçirir və dəyən ziyanı hesablayır. Bundan əvvəl də atəşkəsin pozulması nəticəsində evlərə dəyən ziyan hesablanıb, sakinlərə müvafiq yardımlar göstərilmişdi”.
Koxanəbi kənd icra nümayəndəsi Sadiq Abulov bildirib ki, erməni silahlılarının dinc sakinləri hədəf alması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb. Onun sözlərinə görə, 30-dan çox evin dam örtüyünə ziyan dəyib.
Əsrik Cırdaxan bələdiyyə sədri Mübariz İbrahimovun sözlərinə görə, 500-dən çox sakini olan kəndin 50-60 faizi daim təhlükə altındadır:
“Ermənilərin qeyri-insani əməlləri nəticəsində həmin evlərdə yaşayanlar hər an təhlükə ilə üz-üzə olur. Bu dəfə atəşkəsin pozulması nəticəsində 20-30 evə ziyan dəyib. Mülki əhaliyə də atəş açılıb, lakin onlardan xəsarət alan olmayıb”.



Erməni təxribatı nəticəsində Tovuzda 35 evə ziyan dəydi
Ermənilər ikinci dəfə məcburi köçkünlərin binasını hədəf aldı
1 günə Tərtərə dəyən ziyan - AÇIQLANDI
Qarabağ kəndinin 3 mülki sakini yaralandı
SON DƏQİQƏ: Ermənilər Tovuzda mülki şəxsi qətlə yetirdi
Tokayev Qazaxıstana dəyən zərəri açıqladı
Güclü külək Abşeronda fəsadlar törətdi
Güclü dolu yağdı - Azərbaycanlılara ciddi ziyan dəydi
Düşmən Tərtərə top mərmiləri atdı: Evlər dağıldı
QORXULU ANLAR: Evi ildırım vurub yandırdı
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 