ONN media xəbər verir ki, paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Səbail rayonunun Xanlar küçəsindəki oyun zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Kəngərli rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.



Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakı sakininin bank hesabından pul oğurlanıb
Oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbla
Bulvarın kənarında velosipeddən asılmış pulla dolu kisəni…- DƏHŞƏT
Mənzillərdən oğurluq edənlər saxlanıldı
Maşınlardan oğurluq edənlər yaxalndı
“Topaz” mərc oyunları məntəqəsindən oğurluq
Bakıda evdən 35000 pul oğurlandı
Bakıda qəbir daşlarını oğurlayan şəxslər saxlanılıb
Təkər oğruları SAXLANILDI
Bakıda 9500 manatlıq oğurluq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 