Göygöl rayonunda silahlı insident olub.
ONN media Publika-ya istinadla xəbər verir ki, Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis əməkdaşına vurmağa başlayıblar. V.Hüseynovun yerə yıxıldığını görən şəxslərdən biri bıçaqla ona hücum edərək öldürməyə çalışıb. Bunu görən polis əməkdaşı üzərindəki xidməti silahdan 8 dəfə havaya atəş açıb. Ona bıçaqla zərbələr endirmək istəyən şəxsin fikrindən daşınmadığını görən polis daha sonra həmin şəxsin dağ və sol ayaqlarına 3 dəfə atəş açıb.
Atəş səsinə gələn şəxslərin köməkliyi ilə müxtəlif dərəcəli xəsarətlər almış Vüsal Hüseynov və güllə xəsarətləri almış şəxs xəstəxanaya aparılıb.
Məlum olub ki, oğurluqla məşğul olan və xidməti vəzifə başında olan polisə hücum edən şəxslər 1964-cü il təvəllüdlü Miriyev İnşallah Əşrəf oğlu və 1974-cü ildə anadan olmuş Hümbətov Şaiq Hümbət oğludur.
Ayağından güllə xəsarətləri alan İ.Miriyein vəziyyətinin qənaətbəxş olduğu bildirilir.



Bakıda insident: Polis kafedə qadına silahla hücum edən şəxsə atəş açdı
ABŞ-da silahlı şəxs polisə atəş açdı və...
Polislərə bıçaqlı HÜCUM
Almaniyada polis türkü güllələdi - Video
Polşada polis sərxoş əcnəbilərə atəş açıb, xəsarət alanlar var
Polisin döyüldüyü silahlı insidentlə bağlı - Rəsmi açıqlama
Bakıda polis vəzifə başında bıçaqlandı
Azərbaycanda polis özünü güllələyərək öldürüb
DƏHŞƏTLİ OLAY- Polis həmkarını güllələdi
SON DƏQİQƏ: Azərbaycanda polis əməkdaşı xidməti silahla özünü öldürdü - RƏSMİ
İranda silahlı qarşıdurma: Ölənlər var
Azərbaycanda polis güllələndi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 