ONN İnformasiya Agentliyi

Rusiyada yaşayış binası çökdü: Ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiyada yaşayış binası çökdü: Ölən və yaralananlar var - FOTO/VİDEO
9-11-2017, 20:01


Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində iki nəfər həlak olub, iki sakin yaralanıb. Binanın bütün sakinləri təxliyə edilib.
ONN media xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, hadisə məişət qazının sızması nəticəsində baş verib. Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib. Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.
Qəza baş verən bina 1999-cu ildə tikilib. Partlayışın tüfeyli həyat tərzi keçirən ailənin mənzilində qaz avadanlığının yararsız olması üzündən baş verdiyi ehtimal olunur.
Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png