ONN media Trend-ə istinadla xəbər verir ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.
217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.
Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.



Şagirdləri daşıyan avtobus qəzaya düşdü
Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atdı
Bakıda avtobus qəzaya düşdü: yaralı var
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
BŞTİ valideynlərə müraciət etdi
Məktəbin 2-ci mərtəbəsindən tullanan şagirdin vəziyyəti necədir?
Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb
Nazirlik və DİM-dən qəza ilə bağlı – Birgə açıqlama
Sumqayıtda avtobuslar toqquşdu- Yaralılar var
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Bakı məktəbində şagird faciəvi şəkildə öldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 