Quba rayonu ərazisində dağlıq ərazidə dekabrın 23-dən itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
ONN media “modern.az”a istinadən xəbər verir ki, bu barədə alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından bildirilib.
Bildirilib ki, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir.
23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.
Axtarışlarda iştirak edən Sirxan Məmmədov ən son bunları deyib:
“26.12.17 tarixində itkin düşən dağçılarımızın axtarılması məqsədilə ərazidə axtarışlara qoşulmuşuq.
27.12.17 tarixində 7 nəfər dağçı ilə Tufan dağının aşağı hissələrində, sağ və sol yamaclarında axtarışlar etdik. Hava şəraitinin dəyişməsi ilə axtarışları dayandırmalı olduq və FHN vertolyotu ilə havadan əraziyə baxış keçirdik və vertolyot ilə Xınalıq kəndinə qayıtmalı olduq. Gecə FHN əməkdaşları ilə axtarış planları hazırlandı və növbəti gün Şah yaylağında (Mahmud dərənin girişində) qərərgah quruldu və müxtəlif istiqamətlərdə axtarış-xilasetməyə qoşulan alpinist qrupların koordinasiyasını etməyə başladıq.
28.12.17 tarixində Mahmud dərənin aşağı istiqamətlərində qar uçqunu olan hissələrində axtarışlara başladıq. Daha sonra 4 nəfər peşəkar dağçı ilə yüksək dağlıq ərazilərdə iz axtarılması məqsədilə 3000 m yüksəklikdə camp qurduq.
29.12.17 tarixində Mürsəl Qasımov ilə birlikdə axtarış məqsədilə zirvə istiqamətində 2B marşrutu ilə yol aldıq. 3500 m hündürlükdə müəyyən izlərə rast gəldik, lakin zirvə, zirvə ətrafı ərazilər və zirvə yolu üzərində itən dağçılarımıza aid heç bir izə rast gəlmədik. Bu qərara gəldik ki, dağçılarımız zirvədə olmayıblar.
Zirvə yolu bizə belə ağır gəlməmişdi! Biz bütün gücümüzlə onları axtarırıq. Tufan dağına gedən bütün marsrutlarda axtarışlar davam edir”.



İtkin düşən alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
Axtarışlar davam etdirilir
ANAMA mütəxəssisləri alpinistlərin axtarışlarına qoşuldu - FOTO
Alpinistlərin axtarışları ilə bağlı FHN məlumat yaydı
İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
İtkin düşən alpinistlərin izi tapılıb
İtkin düşmüş alpinistlərin üçünün də meyiti tapıldı - YENİLƏNİB
FHN sosial şəbəkə istifadəçiləri və KİV-ə müraciət etdi
İtkin düşən alpinistlərdən üzücü xəbər - Birinin meyiti tapıldı
FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı
Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 