"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, axtarış işləri əsasən FHN-in müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulmuşdur.
Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılmışdır.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.



FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır
ANAMA mütəxəssisləri alpinistlərin axtarışlarına qoşuldu - FOTO
İtkin düşmüş alpinistlərin axtarışları davam edir
İtkin düşən alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
İtən alpinistlərin axtarışı ilə bağlı - Son xəbər
İtkin düşən alpinistlərdən üzücü xəbər - Birinin meyiti tapıldı
FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı
Alpinistlərin axtarışları ilə bağlı FHN məlumat yaydı
İtkin düşmüş alpinistlərin üçünün də meyiti tapıldı - YENİLƏNİB
İtkin alpinistlərlə bağlı – Üzücü xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 