Azərbaycanda yanvar ayından indiyədək 151 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
ONN media xəbər verir ki, bunu mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb.
Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən isti aylarda Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.
Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.
Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək 44 nəfər sirkə turşusundan zəhərlənib. Onların 3-ü sirkə qəbulundan zəhərləndikləri üçün dünyalarını dəyişiblər.



Azərbaycanda 151 nəfər xəstəxanaya yerləşdirilib - SƏBƏB?
Azərbaycanda 135 nəfəri ilan sancıb
42 nəfər dəm qazından zəhərlənib - 6-sı uşaqdır
Azərbaycanda 47 nəfəri ilan sancıb
2 azyaşlını ilan sancdı
Azərbaycanda 144 nəfər dəm qazından zəhərləndi
Azərbaycanda 6 azyaşlı uşağı ilan sancıb
Üç nəfər dəm qazından zəhərləndi
İlan sancması ilə bağlı edilən müraciətlərin sayı açıqlandı
ŞOK FAKTLAR - Dərmanlardan zəhərlənmə və allergiya olub
21 nəfər dərmandan zəhərlənib
KTM bayram günlərində zəhərlənənlərin sayını açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 