Almaniyanın Şlezviq- Holstein əyalətində zərcirvari qəza baş verib.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, qəza Eitxal şəhərinin yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, hadisə zamanı 6 avtomobil toqquşub və nəticədə 2 nəfər ölüb, daha 19 nəfər isə xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Polis faktla bağlı araşdırmaya başlayıb.