Prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Azəriqaz" İstehsalat Birliyindən gileylənib.
ONN media xəbər verir ki, bu haqda İnstaqramda paylaşım edən Tolik bildirib ki, yaşadığı binada qaz gəlmir:
"Səsim tutulub. Bir-iki gün də belə getsə, yəqin efirə çıxmaram. Evim buzxanadır. Qaz yoxdur. İki kondisioner işləyir. Mən də insanam. Soyuqdan yata bilmirəm. Yatıram, səhər oyanıram. Belə səslə tamaşaçıların qarşısına da çıxmaq olmur. Xahiş edirəm ki, imkan daxilində binamıza qazı tez verin. Məcbur olub yenidən Xırdalana köçəcəm. Çünki orada qaz var.
Vallah artıq soyuqdan bilmirəm nə edim. Əslində binamızda hər şey yaxşıdır. Qazın da xəttini çəkiblər. Amma mən indi hardan gedim 205 mənzilin sahibini tapım ki, hamısı sayğac alıb qoysun, qaz çəkilsin. Binada 100-ə yaxın ailə var, soyuqda qazsız qalmışıq. Digərləri də ev alıb, amma yaşamır. Mən camaatı necə məcbur edim ki, gəl, sayğac al qoy. Bu nə qanundur "Azəriqaz" çıxarıb? Yaşayışı olanlara qaz ver, olmayanlar yox. Mən neçə il gözləyim ki, binaya hamı köçsün?".



2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək
Sayğac göstəricilərinin oxunması başa çatdırıldı
Tolikin ailəsində AĞIR İTKİ
"Azəriqaz"dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi?
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
Bakıda qaz sayğacı satışa çıxarıldı
Tolik fotosu ilə gündəm olan şəxsə pul təqdim etdi - VİDEO
Tolikin anası 190 manat üçün müraciət edib
Abşeronun bu kəndində qaz olmayacaq
İmişlidə 11 min ailə qazsız qaldı - Səbəb?
Ramiz Mehdiyev cərimələndi - SƏBƏB İSƏ...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 