"Azəriqaz" İstehsalat Birliyi abonentlərin istifadəsində olan Smart tipli qaz sayğaclarının mexaniki sayğacla dəyişdirilməsinin səbəblərini açıqlayıb.
ONN media xəbər verir ki, məsələyə aydınlıq gətirən Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qaydalara görə əhali abonentlərinin istifadəsində olan sayğacların 5 ildən bir dövlət yoxlamasından keçməli olduğunu bildirib.
"Ona görə də 5 ildən-bir biz bu sayğacları dəyişərək dövlət yoxlamasına göndəririk.
Qaldı ki sayğacların dəyişdirilməsinə, "Azəriqaz" 2021-ci ildən Smart qurğulu sayğacların tətbiqinə başlayıb. Bu gün də bizim istehsalatda 3 növ sayğacdan istifadə olunur. Bunlar Smart tipli sayğac, Smart qurğulu sayğac və mexaniki sayğaclardır. Bu sayğacların 3-nün də iş prinsipi eynidir. Bu ildən etibarən isə mexaniki tipli sayğacların üzərində xüsusi qurğular quraşıdırmaq istəyirik. Biz bu qurğuların quraşdırılması üçün mexaniki sayğacların quraşdırılmasına başlamışıq. Həmin qurğular Smart tipli sayğaclarda deyil, məhz mexaniki sayğaclar üzərində quraşdırılacaq.
Digər tərəfdən, artıq Avropanın əksər ölkələrində Smart sayğaclardan imtina edilib. Çünki, məhsulun istifadə olunmadan haqqının ödənilməsi qəbul edilmir", baş direktor deyib.
R.Əliyev qeyd edib ki, hazırda mexaniki sayğacların qiyməti Smart sayğacların qiymətindən çox ucuzdur və bu da büdcəyə kifayət qədər qənaət deməkdir.



"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
"Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
Qaz limiti nə vaxt sıfırlanacaq?
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
Qaz sayğacları nə vaxt sıfırlanacaq?
"Azəriqaz"ın kartlarına niyə pul yükləmək olmur?
"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
Əvvəlkindən çox fərqlənən yeni müasir smart qaz sayğacları gətirildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 