Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.
ONN media xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov bildirib ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub.
Nazir qeyd edib ki, hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.
R.Məmmədov əlavə edib ki, pedaqoji kadrların işlə təmin olunması məqsədilə 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqəyə 252 vakant iş yeri çıxarılıb.
"Həmin yerləri tutmaq üçün 240 müraciət olub. 17-29 dekabr 2018-ci il tarixlərdə keçirilmiş imtahanlarda ən yüksək bal toplayan 75 gənc kadrın işə qəbulu nəzərdə tutulur. Onlardan 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçiblər. Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 3 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir". (ölkə.az)
Naxçıvanda neçə müəllim var?



Naxçıvanda da məktəblər bağlandı
Naxçıvana yeni baş nazir təyin olundu
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar
Vasif Talıbov Zakari Qrosla görüşdü
Vasif Talıbov yeni təhsil naziri təyin etdi
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
Azərbaycanda nazir vəzifəsinə YENİ TƏYİNAT
Naxçıvanla bağlı mühüm fərman imzalandı
Yeni nazir təyin edildi
Müəllimlərin NƏZƏRİNƏ
Naxçıvanda şənlik davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 