ONN media xəbər verir ki, bu gün saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İranın Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb, İİR sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.
Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.
Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Qafqazinfo)



DTX və DSX birgə əməliyyat keçirdi- Saxlanılan var
İranla sərhəddə gərginlik- Atəş açıldı
İran sərhəddində atışma- Yaralanan var
İran-Azərbaycan sərhəddində GƏRGİNLİK
İranla sərhəddə ATIŞMA: İki hərbçimiz ŞƏHİD OLDU
Azərbaycan-İran sərhədində baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
Azərbaycan-İran sərhədində atışma: ölən var
DSX əməliyyat keçirdi- Saxlanılan var
Sərhəddə atışma olub- Ölən var
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 