ONN media Trend-ə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi bu gün Şəhidlər Xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.
Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:
"Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdurma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək".
E.Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.



"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yaydı
Demokratik Qüvvələrin Milli Şurasının mitinqi keçirilib
Bakıda yeni polis yaradılır?
Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi video ilə bağlı RƏSMİ AÇIQLAMA
Milli Şuranın mitinqinə nə qədər adam qatılıb? - RƏSMİ
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Şəhərin mərkəzində quzu gəzdirmək olmaz - DİN
Polis əməliyyat keçirdi - "Avtoş" yaxalandı
Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA
Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 