Daxili İşlər Nazirliyi Bakıda Elvin Bədəlov adlı şəxsin polis zorakılığına məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
ONN media xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişinin mübahisə etdiyini bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci Polis Bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci Post Patrul Xidməti avtomobili avtomobili əraziyə çağırılıb.
Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.
Hər iki şəxs Polis Bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar".
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb. Bildirilir ki, yol kənarında oturmuş E.Bədəlov PPX əməkdaşları tərəfindən döyülüb və halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. O da qeyd olunur ki, Bədəlovla həyat yoldaşı bölmədə 3 saat saxlanılıb və onlara təzyiq göstərilərək bir-birilərindən şikayətçi olmamaları haqda izahat alınıb.



Bakıda insident: Vətəndaş polisi vurdu
Bakıda polis şöbəsində QƏTL
Piyadaları cərimələyən polislər artıq olmayacaq?
Rayon qeydiyyatında olub Bakıda işləyənlərlə bağlı - DİN-dən açıqlama
Rayondan gələnlər 25 manata şəhərə buraxılır?- RƏSMİ AÇIQLAMA
Şəhərin mərkəzində quzu gəzdirmək olmaz - DİN
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
YPX avtomobili polisi vuraraq öldürdü — RƏSMİ
Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdi - VİDEO
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Azərbaycanda polisdə koronavirus aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 