Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində əslən Azərbaycanın Salyan rayonundan olan, 1970-ci il təvəllüdlü Şirinov Həsən Sabir oğlu adlı iş adamı itkin düşüb.
ONN media Report-a istinadla xəbər verir ki, artıq 4 gündür yoxa çıxan iş adamının oğurlandığı ehtimal edilir.
Həm Xarkov şəhərində, həm də Boqoduxov şəhərində yaşayan H.Şirinovun axrıncı dəfə sonuncu şəhərdəki evindən çıxdığı və bundan sonra onunla bütün əlaqələrin itdiyi bildirilir. O, uzun müddətdir Xarkov vilayətində yaşayır, kənd təsərrüfatı biznesi ilə məşğuldur.
Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması və ya itkin düşməsi faktı qeydə alınıb. Ötən il noyabrın 19-29 tarixlərində Kiyevdə ezamiyyətdə olan Azərbaycanın “Report” İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.
Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.



Ukraynada azərbaycanlı iş adamı itkin düşdü
Xarkovda daha 3 azərbaycanlı öldü
Azərbaycanlı hərbçi itkin düşdü
Xarkovda 3 azərbaycanlı yaralandı - ADLAR
Xarkovdan 30 azərbaycanlı çıxarıldı
Xarkova zərbə: 3 nəfər öldü, 5-i yaralandı
Belçikada azərbaycanlı itkin düşdü
Ukraynada daha bir azərbaycanlı həlak olub
Ukraynada 15 min insan itkin düşüb
Azərbaycanlı gənc Türkiyədə itkin düşdü
Ukrayna biznesmenləri Azərbaycana səfər edəcək
Ruslar Xarkov vilayətində icma rəhbərini OĞURLADILAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 