Ümid və Sabir Şirinov qardaşları Ukraynanın Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas etdikdən sonra əsl qəhrəmana çevriliblər. ONN media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Zayçevskoye kəndinin yaxınlığında qoşqu yük maşınından qopub və üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəzadan dərhal sonra maşın alışıb. Ailəni xilas etmək mümkün olub – qadın və uşaq xəstəxanadadırlar. Axşam saat 7 radələrində Şirinov qardaşları işdən qayıdan zaman yük maşınının arxası üstə çevrilmiş qoşqusunu görüblər. Onlar maşını saxlayıblar və diqqət yetiriblər ki, 40-50 metr aralıda aşmış avtomobil yanır və onun içindən uşaq çığırtısı eşidilir. “Böyük qardaş Ümid yük maşınının sürücüsündən soruşub ki, nəyə görə dayanıb baxır və kömək göstərmir – yanan maşından uşaq səsi gəlir və başqa sərnişinləri də xilas etmək lazımdır – o cavab verib ki, artıq gecdir və həyatını təhlükəyə atmaq fikri yoxdur. Şirinov qardaşları özlərini itirməyiblər. Onlar anlayırdılar ki, hər bir saniyə qiymətlidir və həyatlarını təhlükə altında qoyaraq, yanan cipdən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Bu vaxt kiçik qardaş Sabir qışqırıb: “Gəl, arxadan yük yerinin qapısını sındıraq və maşına oradan daxil olaq”, - hadisə şahidləri danışırlar. Bu dəfə onlar ağlayan uşağı və onun anasını avtomobildən çıxara biliblər: “Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Hamı qışqırırdı ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil oldular, oturacaqları sındırdılar və kişini dartıb çıxardılar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı”. Ailə xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb. Təcili yardım maşını ailəni xəstəxanaya aparandan sonra da Şirinov qardaşları sakitləşməyiblər və onların arxasınca gediblər. Uşağın sağalması üçün maddi yardım göstəriblər və bu günə kimi də ailəyə kömək edirlər. Şirinov qardaşlarının özləri də ailəlidirlər və hərəsinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin üzvləridir. (Virtualaz.org)
Ukraynada azərbaycanlılar körpəni yanan avtomobildən xilas etdilər



Prezident bir ailəni ölümdən xilas edən qardaşlarla bağlı SƏRƏNCAM İMZALADI
Polislər ailəni ölümdən xilas etdi
Ticarət mərkəzində yanğın- 4 uşaq öldü
12 yaşlı uşaq elektron siqaretdən öldü
İsmayıllı səmasında yanan obyekt... - VİDEO
5 yaşlı uşaq 2 nəfərin həyatını XİLAS ETDİ - FOTO
Oğlunu yanğından xilas edə bilməyən ana intihar etdi - FOTO
Dünya bu fotodan DANIŞIR
Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
Kürdəmirdə 1 yaşlı uşaq həyatını itirib
Polisdən BÖYÜK FƏDAKARLIQ: dənizdə batan şəxsi xilas edərkən həyatını itirdi
2 yaşlı uşaq 122 saat sonra çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 