Ağdaş rayonunda prokurorluq əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
ONN media Daxili İşlər Nazirliyinin saytına istinadən bildirilib ki, fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər. Tez həmin istiqamətə yollanan yol polisi əməkdaşları həmin maşının su kanalına aşdığını aşkar ediblər. Dərhal bu barədə xidmət rəhbərliyinə, FHN-ə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər. Onlar suya düşmüş avtomobildən qapısını açaraq oradan qadını və azyaşlı uşağı xilas ediblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücü 28 yaşlı Oruc Hümbətzadənin həyatını xilas etmək mümkün olmayıb.



Polislər 3 nəfəri ölümdən xilas etdi
Ailə faciəsi- Maşın su kanalına düşdü, ata öldü, ana və övladı...
Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO
Polislərin ayıq-sayıqlığı sayəsində bir ailə ölümdən xilas edildi
Türkiyə ordusu 16 terrorçunu məhv etdi
Kürdəmirdə ağır yol qəzası baş verib
Ukraynada azərbaycanlılar körpəni yanan avtomobildən xilas etdilər
Şəkidə ağır yol qəzası baş verib- ÖLƏNLƏR VAR
Biləsuvarda avtomobil alışıb yandı - YARALI VAR
FHN 6 nəfəri xilas etdi
Ağdama güclü sel gəldi
FHN: Ötən sutka 7 nəfər xilas edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 