Şahmat üzrə on dördüncü dünya çempionu Vladimir Kramnik karyerasını bitirib.
ONN media xəbər verir ki, 43 yaşlı şahmatçı bu barədə bazar günü başa çatan “Veyk-an-Zee” turnirinin rəsmi saytına bildirib. Yanvarın 12-dən 27-dək davam edən turnirdə Vladimir Kramnik hollandiyalı Yorden Van Forestlə son pillələri, 13-14-cü yerləri bölüşüb.
“Mən bir neçə ay əvvəl peşəkar şahmat karyeramı bitirmək qərarına gəldim və indi son turnirimi oynayarkən ictimaiyyətə bu barədə məlumat vermək istəyirəm”, - deyə V.Kramnik bildirib. Tanınmış qrossmeyster peşəkar şahmatçı həyatını möhtəşəm səyahətə bənzədib və bütün bunlar üçün şahmata minnətdar olduğunu deyib.
“Amma bununla belə sürətli şahmat və ya blits turnirlərində, eləcə də, şahmatla bağlı müxtəlif tədbirlərdə iştirak etmək və onların təbliğatına qatılmaq istəyirəm", - deyə Vladimir Kramnik əlavə edib.
Qeyd edək ki, Vladimir Kramnik Peşəkar Şahmat Assosiasiyasına (Beynəlxalq Şahmat Federasiyasının münaqişəsi nəticəsində 1993-cü ildə yaradılan təşkilat) görə 2000-2006-cı illər dünya çempionu olub. 2006-cı ildə Peşəkar Şahmat Assosiasiyası və FIDE-nin birgə təşkil etdiyi dünya çempionatında bolqar Veselin Topalovu məğlub edərək on dördüncü dünya çempionu adını qazanıb. Rusiyalı zəka sahibi 2007-ci ildə şahmat tacı uğrunda görüşdə hindistanlı Vişvanatan Ananda məğlub olub.(Publika)




Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində mübarizəyə başlayacaq
Şahmatçımız turnir cədvəlində 3-cü yerə yüksəldi
Məmmədyarov həlledici görüşünə çıxır
Şəhriyar Məmmədyarov erməni ilə heç-heçə oynadı
Məmmədyarov üçün son şans
İlham Əliyev Aydın Süleymanovu təbrik etdi
Karlsen yenidən "şahmat tacı"nın sahibi oldu
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi təsdiqləndi
Məmmədyarov son iki turda qələbə qazanmalıdır
Məmmədyarov ilk günün lideridir
Həbib Nurməhəmmədov karyerasını niyə başa vurub? - ÖZÜ DANIŞDI
Məmmədyarov superturnirdə vahid lider oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 