Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turniri start götürəcək.
“Report”un məlumatına görə, yarışda Azərbaycanı 2017-ci il Qran Pri seriyasının qalibi Şəhriyar Məmmədyarov təmsil edəcək. Hazırda 2809 xalla FİDE sırlamasında 2-ci pillədə qərarlaşan 33 yaşlı qrossmeyster turnirə reytinq favoriti kimi başlayacaq.
Mükafat fondu 420 min avro olan yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə Ş.Məmmədyarovla yanaşı, xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin (hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində yüksək reytinqə malik iki qrossmeyster - Fabiano Karuana və Uesli So (hər ikisi ABŞ), eləcə də Qran Pri seriyasının finalçısı Aleksandr Qrişuk (Rusiya) qüvvəsini sınayacaq.
Ş.Məmmədyarovun ilk görüşdəki rəqibi S.Karyakin olacaq. Martın 28-dək davam edəcək İddiaçılar Turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə titulun sahibi norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Yarışın qalibi 95 min, digər yerlərin sahibləri isə müvafiq olaraq 88 min, 75 min, 55 min, 40 min, 28 min, 22 min və 17 min avro qazanacaqlar.
Turnir cədvəlində mövqelər müəyyənləşdirilərkən ardıcıl olaraq şəxsi görüşlər, qələbə sayı və Berger əmsalı nəzərə alınacaq. Bütün hallarda bərabərlik qeydə alınarsa, tay-breyk keçiriləcək.
Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Tay-breykə ehtiyac duyulmayacağı təqdirdə turnirə martın 27-də yekun vurulacaq.
İddiaçılar Turnirinin təqvimi
Birinci dövrə
I tur, 10 mart
V.Kramnik – A.Qrişuk
S.Karyakin – Ş.Məmmədyarov
L.Aronyan – D.Lijen
F.Karuana – U.So
II tur, 11 mart
A.Qrişuk – U.So
D.Lijen – F.Karuana
Ş.Məmmədyarov – L.Aronyan
V.Kramnik – S.Karyakin
III tur, 12 mart
S.Karyakin – A.Qrişuk
L.Aronyan – V.Kramnik
F.Karuana – Ş.Məmmədyarov
U.So – D.Lijen
IV tur, 14 mart
A.Qrişuk – D.Lijen
Ş.Məmmədyarov – U.So
V.Kramnik – F.Karuana
S.Karyakin – L.Aronyan
V tur, 15 mart
L.Aronyan – A.Qrişuk
F.Karuana – S.Karyakin
U.So – V.Kramnik
D.Lijen – Ş.Məmmədyarov
VI tur, 16 mart
F.Karuana – A.Qrişuk
U.So – L.Aronyan
D.Lirjen – S.Karyakin
Ş.Məmmədyarov – V.Kramnik
VII tur, 18 mart
A.Qrişuk – Ş.Məmmədyarov
V.Kramnik – D.Lijen
S.Karyakin – U.So
L.Aronyan – F.Karuana
İkinci dövrə
VIII tur, 19 mart
A.Qrişuk – V.Kramnik
Ş.Məmmədyarov – S.Karyakin
D.Lijen – L.Aronyan
U.So – F.Karuana
IX tur, 20 mart
U.So – A.Qrişuk
F.Karuana - D.Lijen
L.Aronyan - Ş.Məmmədyarov
S.Karyakin - V.Kramnik
X tur, 22 mart
A.Qrişuk - S.Karyakin
V.Kramnik - L.Aronyan
Ş.Məmmədyarov - F.Karuana
D.Lijen - U.So
XI tur, 23 mart
D.Lijen - A.Qrişuk
U.So - Ş.Məmmədyarov
F.Karuana - V.Kramnik
L.Aronyan - S.Karyakin
XII tur, 24 mart
A.Qrişuk - L.Aronyan
S.Karyakin - F.Karuana
V.Kramnik - U.So
Ş.Məmmədyarov - D.Lijen
XIII tur, 26 mart
Ş.Məmmədyarov - A.Qrişuk
D.Lijen - V.Kramnik
U.So - S.Karyakin
F.Karuana - L.Aronyan
XIV tur, 27 mart
A.Qrişuk - F.Karuana
L.Aronyan - U.So
S.Karyakin - D.Lirjen
V.Kramnik - Ş.Məmmədyarov



Məmmədyarov həlledici görüşünə çıxır
Məmmədyarov turnirə məğlubiyyətlə başladı
Şəhriyar Məmmədyarov amerikalı şahmatçı ilə qarşılaşacaq
Şəhriyar Məmmədyarov erməni ilə heç-heçə oynadı
Məmmədyarov Rusiya şahmatçısı ilə qarşılaşdı
Teymur Rəcəbovdan növbəti heç-heçə
Şəhriyar Məmmədyarov üçüncüdür
Məmmədyarov beynəlxalq turnirdə ikinci oldu
Dünya Kubokuna qatılacaq şahmatçılarımız AÇIQLANDI
Məmmədyarov ilk günün lideridir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 