Bərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.
ONN media xəbər verir ki, bu barədə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.
Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasındadır: "Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib".
V.Qarayev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: "Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır".
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.



Bərdədə tapılan azyaşlılarla bağlı AÇIQLAMA- RƏSMİ
İki körpəsini küçəyə atan qadına CİNAYƏT İŞİ AÇILDI
Bərdədə küçəyə atılan uşaqlardan YENİ XƏBƏR var
Bərdədə ana iki körpə bacı-qardaşı küçəyə atıb qaçdı - FOTOLAR
Bakıda itən uşaqlar Bərdədə tapıldı – Qaraçı qadın OĞURLAYIBMIŞ
Bərdədə BƏDBƏXT HADİSƏ - 10 yaşlı uşaq...
Bərdədə gənc iynədən şoka düşüb öldü — AÇIQLAMA
Bakıda zəncirlənən uşaqdan XƏBƏR VAR
Gəncədə dəhşət: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEO
Azərbaycanda daha bir uşaq evindən şok görüntü yayıldı – VİDEO
Azərbaycanda üç uşaq anası itkin düşüb
Bərdədə ağır yol qəzası olub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 