Gəncədə qadın körpəsini başqasına verərək, “uşağa bax, pulunu verəcəyəm” deyib və bundan sonra yoxa çıxıb.
ONN media xəbər verir ki, bu barədə “oxu.az”a məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, problem “Səni axtarıram” proqramında yayımlanıb.
O bildirib ki, uşaq proqram əməkdaşları tərəfindən efirə gətirilib və balacanın anası axtarılır.
K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:
“Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan “ananın” bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpəni aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Yasamal Rayon Polis Şöbəsinin 28-ci Polis Bölməsinə məlumat verilsə də, aktlaşdırmaq üçün ARB kanalına gəlməkdən imtina edildi”.
K.Ağazadə onu qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:
“Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu “anaları” tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır”.



Bakıda polis bu uşağın valideynlərini axtarır
Bakıda zəncirlənən uşaqdan XƏBƏR VAR
Abşeronda ana 9 yaşlı oğlunu döydü və...
BİYABIRÇILIQ: Azərbaycanda 13 yaşlı qız ana oldu
Azərbaycanda doğuş zamanı uşaq xəsarət aldı - HƏKİM SƏHLƏNKARLIĞI
Bərdədə tapılan azyaşlılarla bağlı XƏBƏR VAR
Azərbaycanda daha bir uşaq evindən şok görüntü yayıldı – VİDEO
Tanımadığı şəxsin gediş haqqını verdi - MİLYONER OLDU
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
Bakıda anadan azyaşlı uşağına qarşı DƏHŞƏTLİ ADDIM
Anasının taksidə qoyub getdiyi uşağın aqibəti necə oldu?
Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – Rəsmi açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 