Türkmənistanda iqtisadi böhran getdikcə dərinləşir. Buna uyğun olaraq, əhalinin sosial vəziyyəti də ağırlaşır. ONN media bizimyol.info -ya istinadən xəbər verir ki, paytaxt Aşqabadda təndir çörəyini 5 manata satırlar. Düzdür, söhbət Türkmənistan manatından gedir. Amma bizim pula çevirəndə də yetərincə böyük rəqəm alınır. 5 Türkmənistan manatı təxminən 2,43 Azərbaycan manatına bərabərdir. Başqa sözlə, bizdəki qiymətdən beş dəfə baha… Türkmənistan hökuməti qiyməti süni yolla aşağı salmağa çalışır. Məsələn, Aşqabaddakı “Teke” və “Alemqoşar” bazarlarında müdiriyyət təndir çörəyini 1 manatdan baha satmamaqla bağlı xəbərdarlıq yapışdırıb. Satıcılar deyir ki, 1 manata çörək satmaq mümkün deyil. Çünki keyfiyyətli sayılan Rusiya ununun kiloqramı 12 manatdır. Ən yaxşı halda təndir çörəyini 2 manata satmaq olar. Onda da keyfiyyətsiz yerli undan istifadə etməklə… Hələ üstəlik, gündə 3 manat yer pulu vermək lazımdır. Alıcıların bəzisi çörəyi baha qiymətə görən kimi bazar rəhbərliyinə şikayət edir. Buna görə bazardakı çörək mağazalarının tən yarısı bağlanıb. Türkmənistan hökuməti başqa məhsullara münasibətdə də bu inzibati siyasəti yürüdür. Amma satıcıları ucuz qiymətə məcbur etmək effektiv deyil. Türkmənistanda dövlət mağazaları da var və adətən, orada qiymətlər bir az aşağı olur. Amma o mağazalara böyük növbələr üzündən yaxın düşmək asan deyil.
Paytaxda çörəyin qiyməti 5 manata qalxdı - ŞOK



ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Un və çörəyin qiyməti ucuzlaşdı
Bakıda marketdə biyabırçılıq- 10 manata çörək?
Bakıda xüsusi çörəklərin qiyməti BAHALAŞDI
Fantastik qiymətə nömrələr satılır
Ətin qiyməti yenidən bahalaşacaq?
Çörəyin bugünkü qiyməti - Siyahı
Bu çörək növünə tələbat çoxalıb
Siqaretin qutusu 70 manat oldu
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycanda ətin qiyməti bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 