Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) 2019-cu il Avropa Liqasının final oyununun və 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident futbol klublarının həmin oyunla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunub.
ONN media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunan gəlirlərin siyahısına daxil edilib.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək 2020-ci il Avropa çempionatının oyunları ilə əlaqədar UEFA, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirlər də vergidən azad edilir.
Məcəlləyə təklif edilən dəyişikiklə Avropa Liqasının final oyunu və Avro-2020-nin oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlərin görülməsi, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad olunur.
Qanun oyunların keçirildiyi müddətdə - 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. sfera.az



İlham Əliyevdən UEFA-2020 ilə bağlı - QƏRAR
Bu mallar gömrük rüsumlarından azad edilir - Prezident TƏSDİQLƏDİ
ŞAD XƏBƏR: Azərbaycanda yeni iş yerləri açılacaq
Futbol üzrə Avropa çempionatları LƏĞV EDİLDİ
Avropa Liqasının finalına bilet varmı?
Avro-2020-nin yayım hüququ bu kanala verildi
Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Avropada kritik toplantı
UEFA-dan Qarabağla bağlı paylaşım
Banklar gücləndirilmiş iş rejiminə keçir
UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 