Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək.
Bunu ONN media-ya Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu güzəştin məqsədi həm fiziki, həm də hüquqi şəxslərin prosesdə iştirakını stimullaşdırmaqdır.
“Bu, həm də tədbir keçirilən müddətdə daha çox xidmətlərin təklif edilməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, əhalinin məşğulluğu baxımından vacibdir. Çünki qeyri-rezidentlərin bu xidmətləri göstərən zaman yaratdıqları iş yerlərində Azərbaycan vətəndaşları çalışacaq. Bu baxımdan, vergi güzəştləri yeni iş yerlərinin açılmasına səbəb olacaq”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.



Bu şəxslərə vergi güzəştləri tətbiq olunacaq
Çoxuşaqlı ailələrə güzəşt tətbiq olunacaq
Futbol klubları və oyunçular vergidən azad edildi?
Bu şəxslər ŞAD XƏBƏR - Vergi ödəməyəcəklər
Şəhid ailələri və qazilərə bu vergi güzəştləri ediləcək
Sökülmüş evlərin sahiblərinə ediləcək güzəştlər - Yeni qanun layihəsi
Xaricə gedənlərin nəzərinə: buna limit qoyuldu
Mənzil almaq indi daha da sadələşir
Mikayıl Cabbarov yeni xidmət yaradıb- Artıq...
Pensiya və maaşlarla bağlı YENİLİK
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 