İngiltərənin "Mançester Yunayted” klubunun əfsanəsi Niki Batt həbs olunub.
ONN media ONA-ya istinadən xəbər verir ki, sabiq futbolçu həyat yoldaşı ilə münaqişə üzündən saxlanılıb.
Hazırda Mançester klubunun futbol akademiyasının rəhbəri olan 44 yaşlı N.Battın gecə saat 2-də evə gəldiyi üçün həyat yoldaşı ilə mübahisəsi düşüb. Dava-dalaş polisin hadisə yerinə çağırılması ilə nəticələnib.
Sabiq futbolçunun xanımında kiçik xəsarətlər aşkarlanıb. Lakin Şelli Barlou xəstəxanaya yerləşdirilməkdən imtina edib. Futbolçu isə hadisənin araşdırılması üçün polis bölməsinə aparılıb.
Qeyd edək ki, N.Batt 1992-2004-cü illərdə "Mançester Yunayted”də çıxış edib. O, komandası ilə Çempionlar Liqası və Qitələrarası kubokun, daxili arenada isə 6 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun, 4 dəfə Superkubokun qalibi olub.



Məşhur futbolçu karyerasını bitirdi
İlon Mask "Mançestr Yunayted"i aldı
“Mançester Yunayted” 50 milyona futbolçu aldı
Kavani “Mançester Yunayted”in tarixinə düşdü
Ronaldunun "Mançester Yunayted"dəki məvacibi bəlli oldu
"Mançester Yunayted"in gəliri nə qədərdir?
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
“Mançester Yunayted” 2 futbolçu ilə vidalaşır
"Mancestr Yunayted"dən rekord transfer
“Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı
Ronaldo Yuventusdan gedir- SƏBƏB?
Ronaldo 700-cü qolunu vurdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 