Əfsanəvi ingiltərəli futbolçu karyerasını başa vurub. ONN media bildirir ki, 35 yaşlı hücumçu formasını geyindiyi “Derbi”nin baş məşqçisi təyin olunub. Ötən ilin yanvarından klubun oynayan məşqçisi olan Runi anlaşmaya əsasən, 2023-cü ilin yayına qədər komandaya rəhbərlik edəcək. Gənc mütəxəssis yeni vəzifəyə təyin olunmasına münasibət də bildirib: “Brayan Klaff, Cim Smit, Frenk Lempard və Filipp Kokunun yolu ilə getmək böyük şərəfdir. Klubdakı hər kəsə, bütün azarkeşlərə söz verirəm ki, mən və məşqçi korpusum burada olduğu müddətdə komandanın potensialını tam ortaya qoymaq üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, ötən ildən “Debi”nin formasını geyinən Ueyn Runi 35 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib. Keçən ilin noyabrında Filipp Kokunun istefasından bəri müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirib. Runi futbolçu karyerası ərzində “Everton”, “Mançester Yunayted”, “DS Yunayted”, həmçinin İngiltərə millisinin də şərəfini qoruyub. “Mançester Yunayted”lə Çempionlar Liqasını, Avropa Liqasını qazanıb, 5 İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə kubokunun, 1 dəfə isə Klublararası Dünya çempionatının qalibi olub. 120 matçda 53 qolla İngiltərə yığması tarixinin bombardiridir.(apasport.az)
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib



Məşhur futbolçu karyerasını bitirdi
Əfsanəvi futbolçu istefaya göndərildi
“Çelsi”nin yeni baş məşqçisi açıqlanıb
“Mançester Yunayted” 2 futbolçu ilə vidalaşır
Rəşad Sadıqov bu klubun baş məşqçisi oldu
Əfsanəvi futbolçu karyerasını bitirdi
Məşhur futbolçu karyerasını başa vurdu
"Qəbələ" məşqçisi ilə yollarını ayırdı
Futbolçu Aryen Robben karyerasını başa vurdu
Xavi karyerasını başa vurur?
"Neftçi" ingiltərəli məşqçi ilə müqavilə bağladı
Ronaldo karyerasını başa vurur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 