Tale Heydərovun "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub. Sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir. ONN media xəbər verir ki, yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bildirib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir". Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".(report)
SON DƏQİQƏ: "Qəbələ" futbol klubuna yeni prezident təyin edildi



Qriqorçuk Tale Heydərov haqda: "O, çox xeyirxah işlər həyata keçirib"
“Qəbələ” klubunda YENİ TƏYİNAT
"Neftçi" klubunda yeni təyinat olub
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
"Qəbələ" "Zirə"ni böyük hesabla məğlub etdi
Prezident iki yeni vitse-prezident TƏYİN ETDİ - SƏRƏNCAM
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? — DOSYE
PA-nın yeni rəhbərindən ilk açıqlama
"Qarabağ"”a yeni mətbuat katibi təyin edildi
"Sabah" klubunda yeni təyinatlar
Prezident Ramil Usubovla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 