“Sabah” futbol klubunda yeni təyinatlar gerçəkləşib. ONN media bildirir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” komandalarında çıxış etmiş Quliyev Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından “Sabah”da məşqçi kimi çalışırdı. Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub. Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi çalışıb. Məşqçilik karyerasına İspaniya “Atletik”inin akademiyasında başlamış Pinedo isə daha əvvəl Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığmalarında fəaliyyət göstərib.
"Sabah" klubunda yeni təyinatlar



"Neftçi" ingiltərəli məşqçi ilə müqavilə bağladı
"Qəbələ" məşqçisi ilə yollarını ayırdı
"Qəbələ"də yeni məşqçi təyin olunub
Azərbaycan millisinin baş məşqçisi təyin edildi
"Neftçi”yə yeni baş məşqçi təyin edildi
“Neftçi” klubunda yeni təyinat
Bu klubun yeni baş məşqçisi seçildi
Mədət Quliyev Asif Həsənovu baş məşqçi təyin etdi
Rəşad Sadıqov bu klubun baş məşqçisi oldu
"Neftçi"nin baş məşqçisi postuna namizədlər kimdir?
Xavi karyerasını başa vurur?
Ramil Şeydayev bu klubumuzla MÜQAVİLƏ İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 