İŞİD terror qruplaşmasının kütləvi informasiya vasitəsi olan “Əl-Furqan Media” qruplaşma lideri Əbubəkr əl-Bağdadinin olduğu video yayıb.
ONN media xəbər verir ki, bu barədə internetdə cihadçıların paylaşımlarını izləyən "SITE Intelligence Group” təşkilatı özünün tvitter hesabında məlumat verib.
Təşkilatın direktoru bildirib ki, 2014-cü ilin iyulundan bəri ilk dəfədir ki, İŞİD Əl-Bağdadinin olduğu video paylaşıb.
Yeni videoda Bağdadi rahat şəraitdə üzləri gizlədilən şəxslərlə “xaçpərəstlər”ə qarşı müharibə və Suriyanın Deyr əz-Zər əyalətinin Baquz şəhərindəki hərbi əməliyyatları müzakirə edir. O, İŞİD-ə məxsus son ərazi olan Baquz üzərindəki məğlubiyyətlərini etiraf edir.
Qeyd edək ki, ABŞ həmin şəhərin cari ilin martında azad edildiyini elan etmişdi. Bu isə videonun yaxın zamanlarda lentə alındığını göstərir.
Bağdadinin saqqalının artıq kürən rəngdə olması da diqqətdən qaçmır. Bununla da, İraqın “Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişməsi ilə bağlı yazdığı xəbəri təsdiqini tapmış oldu.



Bağdadinin bacısı və arvadı həbs olundu - ƏRDOĞAN DANIŞDI
SON DƏQİQƏ: İŞİD-in ikinci lideri də öldürüldü
Bağdadi öldürüldü - TRAMP ELAN ETDİ
Tramp rəsmi hesabında saxta görüntülər paylaşdı
İŞİD-ə daha bir zərbə
Türkiyədən İŞİD-a BÖYÜK ZƏRBƏ
İŞİD-in yeni rəhbəri kim oldu?
İŞİD yeni yayımladığı videoda bu ölkələri TƏHDİD ETDİ
Baş nazir: İŞİD məğlub oldu
İŞİD -ə qarşı BÖYÜK ƏMƏLİYYAT - 157 terrorçu...
İŞİD bu ölkəyə 100 milyard dollar zərər vurub
İŞİD lideri Pakistanda öldürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 