Norveçli Birgitte Kallestad Filippində xilas etdiyi it tərəfindən quduzluğa yoluxub. ONN media xəbər verir ki, qızın quduz olmasını həkimlər müəyyən edə bilməyib. Ailəsinin verdiyi məlumata görə, Filippinə istirahət üçün gedən 24 yaşlı B.Kallestad yol kənarında tapdığı iti qaldıqları evə gətirib. İti çimizdirən Kallestad onunla oynamağa başlayıb. Bu zaman əlində kiçik cızıqlar yaranıb. Lakin buna laqeyd yanaşıb. Ölkəsinə qayıdandan bir müddət sonra özünü yaxşı hiss etmədiyindən xəstəxanaya gedib. Dəfələrlə təcili yardıma müraciət etsə də, həkimlər qadına diaqnoz qoya bilməyib. Ötən ayın sonunda xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib. Ailəsi qızlarının heyvanları çox sevdiyini, onun kimi insanların başına belə bir hadisənin gəlməsindən narahat olduqlarını deyib. Quduzluq müalicə edilən bir xəstəlik olsa da, gecikmiş müraciətlərdə beyin və sinir hüceyrələri üçün təhlükə yaradır. Xüsusən, Asiya və Afrika kimi quduzluq hallarının geniş yayıldığı ölkələrdə hər il minlərlə insan bu səbəbdən ölür. Norveçdə quduzluq peyvəndi məcburi deyil. Lakin Xalq Sağlamlığı İnstitutu Filippin də daxil olmaqla quduzluq təhlükəsi olan ölkələrə getmədən bu peyvəndi etdirməyi məsləhət görür. Bu ölkədə 200 ildən çoxdur ki, quduzluğa görə ölüm qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı quduzluğun ən çox Filippində yayıldığını açıqlayıb.(publika)
Dəhşətli olay: itdən quduzluğa yoluxan GƏNC QIZ ÖLDÜ



Quduzluğa yoluxan gənc öldü
Quduzluq 100% ölümlə nəticələnir - Nazirlikdən müraciət
Nazirlikdən əhaliyə xəbərdarlıq: Ehtiyatlı olun!
ŞOK OLAY: Gəlin toyunda öldü
ŞOK OLAY: Morqa yerləşdirilən “ölü” DİRİLDİ
2 yaşlı uşaq özünü nənəsinin tapançası ilə vurdu - DƏHŞƏTLİ OLAY
8 aylıq hamilə qadın həkim səhlənkarlığına görə CANINDAN OLDU
Maska ilə qaçdığı üçün elə birşey oldu ki...- ŞOK
Gürcüstanda ŞOK- Məktəbli uşaq dünyaya gətirdi və...
Azərbaycanda daha bir uşaq qızılcadan öldü
Həkimlər öldü dedi - Diri-diri yandırılmaqdan son anda xilas oldu
Məşhur müğənni koronavirusun qurbanı oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 