Səhiyyə Nazirliyi mövzunun hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi, antirabik vaksinini vaxtında vurdurmağı və əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.
Səhiyyə Nazirliyindən ONN media-ya verilən məlumata görə, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliyə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.
Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun insanların yoluxmasında əsas mənbə itlərdir. Xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur. Xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir. İnsanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir. Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.
Qeyd edək ki, 2018-ci il ərzində Azərbaycanda heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq, bu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxs zərər çəkib.



Quduzluq 100% ölümlə nəticələnir - Nazirlikdən müraciət
Azərbaycanda itlər quduzluğa görə peyvənd olunub
Azərbaycanda meymun çiçəyi xəstəliyi qeydə alınıb? - RƏSMİ
Azərbaycanda vəhşi hevanlar peyvəndləndi
Dəhşətli olay: itdən quduzluğa yoluxan GƏNC QIZ ÖLDÜ
Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var? - RƏSMİ
Azərbaycana Çin məhsullarının gətirilməsinə QADAĞA QOYULDU
Qarabağda vəhşi heyvanlar peyvəndlənir
Soydaşlarımız yaşayan kənddə karantin elan olundu
Müalicə olunmamış zökəmin qorxunc fəsadları
Azərbaycanda qorxulu virusun insanlar arasında yayılma təhlükəsi artıb
Koronavirus hansı məhsullardan keçə bilər?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 