ONN media “Eurovision 2019” Musiqi yarışmasında ölkəmizi təmsil edən müğənni Çingiz Mustafayevin müsahibəsini təqdim edir:
- “Eurovision” müsabiqəsində qısa müddət ərzində böyük pərəstişkar ordusu qazanmısınız. Bu günə qədərki təəssüratlarınız necədir?
- Əladır, çünki artıq 10 ilə yaxındır ki, Azərbaycanda ifa edirəm. İnsanlar məni tanıyır. Xalqımın sevgisini qazana bilmişəm. Amma bunu əcnəbilərdən görmək daha xoşdur. Çünki şəhərdə gəzəndə mənə yaxınlaşırlar, «Çingiz” demirlər, “Azərbaycan” deyirlər. Mən də deyirəm “Yes”! Həm də şəkil çəkdiririk. Bu, həqiqətən də çox xoşdur.
- Bildiyimə görə, “Eurovision”a qatılmaq sənin arzun olub.
- Arzu deməzdim, bir vaxtlar 2011-ci ildə seçim turlarına qatılmışdım. Amma turu keçmək qismət olmadı. Yəqin ki, o zamanlar doğrudan da, hazır deyildim. Amma bu gün bütün gücümlə burdayam və həqiqəti söyləyəcəm.
- Ozünü neçənci yerdə görürsən?
- Mən ”Euroivision”a gedəcəyimi bildiyim ilk gündən beynimdə yalnız birinci yeri tutmuşdum. Heç mahnı və klip yox idi.
- İlk məşqdən sonra bukmekirlərin qiymətləndirilməsinə görə, 13-cü yerdən 4-cü yerə yüksəldin. Bu hal yəqin sənin özünə inamını daha da artırdı...
- Təbii ki, bu, sevindirici xəbərdir. Amma mən birinci yerə köklənmişəm.
- Kimi özünə rəqib görürsən?
- Desəm ki, heç kimi rəqib görmürəm, yekəxana səslənəcək. Təbii ki, birinci yerdə olan insanlar var və onlar hazırda birinci yerdədilər. Amma bu, hələlik belədir. Biz bunu dəyişəcəyik. Özümə çox əminəm. Əlimdən gələni edəcəyəm.
- Səhnə və dekorasiya məşqdəkindən fərqli olacaq?
- Səhnədə dəyişiklik olmayacaq. Amma 2-ci finala keçmək özü çox böyük bir uğurdur. Ondan sonra ancaq birinci yeri gözləmək qalacaq. Azərbaycana növbəti qalibiyyəti qazandırmaq üçün var gücümlə çalışıram.News24.az



Çingiz azərbaycanlılara səsləndi
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
Bu il "Eurovision"-a ÇİNGİZ MUSTAFAYEV gedəcək
“Eurovision” finalçılarımız bəlli oldu
Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb
Bu ölkə “Eurovision-2020” mahnı yarışmasında iştirak etməyəcək
Azərbaycanın “Eurovision-2018”də təmsilçisi Aysel danışdı
"Safuraya baxanda dedim ki..." - Eldar Qasımov
Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
“Eurovision”un qalibi dəyişdirilə bilər
Kirkorov azərbaycanlı müğənnini "Eurovision"a göndərmək istəyir - FOTO
“Eurovision"da Azərbaycana qarşı hörmətsizlik
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 