Kosmik stansiya və kosmik gəmi ekipajı üzvlərinin spirtli və qazlı içkilər qəbul etməsi qadağan olunub. Rusiyanın Tibbi-bioloji problemlər İnstitutunun qida şöbəsinin müdiri Aleksandr Aqureyev “RİA Novosti”yə verdiyi açıqlamada bunun səbəblərini izah edib. Alkoqol ona görə qadağandır ki, kosmonavt son dərəcə məsuliyyətli və yüksək diqqət tələb edən iş görür, spirtli içkinin təsiri altında olsa, onun diqqəti kütləşə, normal davranışları pozula bilər. Qazlı içkilərə gəlincə, onun saxlanıldığı qabı açanda maye dərhal ətrafa səpələnir, kosmik gəmilərdə və stansiyalarda çoxsaylı elektron cihazların olduğunu nəzərə alsaq, çəkisizlik şəraitində maye damlalarının xaotik şəkildə ətrafa səpələnməsi yolverilməzdir. Alim qeyd edir ki, Beynəlxalq Kosmik Stansiya yaradılan zaman kanadalı dietoloqlar sualtı qayıq ekipaj üzvləri kimi kosmonavtların rasionuna qırmızı şərabın daxil edilməsini təklif etmişdi. Ancaq NASA mütəxəssisləri müvafiq araşdırmalardan sonra bunu məqsədəuyğun bilməmişdi. Onların fikrincə, sualtı qayıqlarda hərbi nizam-intizam olur, BKS-də isə hər hansı ekipaj üzvünün həvəsə düşüb normadan artıq şərab qəbul etməyəcəyinə heç bir zəmanət yoxdur.
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?



Kosmosda maraqlı hadisə- Göndərilən zond yoxa çıxdı
Putin Trampla telefonda danışdı
Qazlı içkilər insanın sümüklərini əridir - Həkim
ABŞ İranın kosmik agentliklərinə qarşı sanksiya tətbiq etdi
NASA-nın 2 astronavtı yerə qayıda bilmir
Orbitin kosmik zibili lazerlə təmizlənəcək
Bu ərazilərdən insanlar təxliyyə edilməlidir- XƏBƏRDARLIQ
Dünyanın gözü Rusiyada: TARİXİ AN yaşanacaq
Qaraciyər üçün ən təhlükəsiz spirtli içki açıqlanıb
Bu içkilər bədən quruluşunuzu korlayır
Qazlı içkilərlə bağlı mütəxəssisdən TÖVSİYƏ
Spirtli içki fəlakəti: 255 ÖLÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 