ONN media xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 il əvvəl kosmosa buraxdığı və Mars planetində tədqiqat aparan “Opportunity” zondu ilə vidalaşıb.
NASA-nın verdiyi məlumata görə, son günlər kosmik zondla min dəfədən çox əlaqə yaratmaq cəhdi göstərən agentliyin mütəxəssisləri buna nail ola bilməyiblər. Agentliyin Marsın Tədqiqi Zondları Laboratoriyasının meneceri Con Kallas bildirib ki, laboratoriyada zondun fəaliyyətinin bərpası üzrə aparılan işlər də nəticə verməyib. “Opportunity” Marsın qırımızı səthində çökəklikləri, dağları və kraterləri kəşf edib, Yerə çoxlu sayda fenomenal şəkililər göndərib, bu planetin tədqiqinə misilsiz töhfələr verib. Ümumilikdə, kosmik zond NASA-ya 217 min fotoşəkil göndərib. Lakin 9 ay öncə onun altı təkəri olan yürüş mexanizmi Marsın toz qatının təsiri nəticəsində sıradan çıxıb. Toz fırtınası başlayandan – iyunun 10-dan sonra “Opportunity” ilə əlaqə tamamilə kəsilib. NASA-nın mütəxəssisləri kosmik zondla rabitəni bərpa etməyə çalışsalar da, toz dumanı onun Günəş panellərinə yenidən enerji ilə yüklənməsini əngəlləyib. Zondun fəaliyyəti isə bu panellərin Günəşdən aldığı enerjinin sayəsində davam edirdi”, deyə Kallas vəziyyəti izah edib.
“Opportunity” 2004-cü ilin yanvarında kosmosa buraxılıb və yeddi ay davam edən uçuşdan sonra Marsın “Meridiani Planum” adlanan ərazisinə çatan iki zonddan biri olub. Digər kosmik aparat – “Spirit” zondu isə qırmızı planetdə 6 il tədqiqat aparıb və yumşaq toz səthinə bataraq fəaliyyətini dayandırıb. Bu baxımdan, planetin səthində 45,16 kilometr məsafə qət edən “Opportunity” zondu unikal aparat hesab olunur.
Kosmik zondla bağlı bəyanat verən NASA-nın direktoru Cim Braydenstayn deyib: “Opportunity” kimi kosmik missiyaların uğurları günlərin birində bizim cəsarətli astronavtlarımızın Marsın səthinə enəcəyi günü yaxınlaşdırır. Həmin gün gəldiyində isə, Marsa ilk ayaq basan qadın və kişi kosmonavtlar bu planetin kəşfinə böyük töhfə vermiş kosmik zondun cığırlarını görəcəklər”.



NASA Marsa kosmik aparat göndərib
NASA-nın 2 astronavtı yerə qayıda bilmir
NASA bir ilkə imza atdı
NASA-dan nəhəng Mars layihəsi - Tarixinin ən böyüyü göndərildi
Nasa tarix açıqladı: ən uzaq görünən qalaktikalara...
"NASA"dan açıqlama- Marsa ilk olaraq kim gedəcək?
NASA-dan vacib AÇIQLAMA
42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ
NASA-nın yeni direktoru kimdir?
NASA Marsda günəşin qürubunu lentə aldı
NASA alimlərindən etiraf - Marsda canlı həyat tapıldı
Bu ərazilərdən insanlar təxliyyə edilməlidir- XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 