Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir. Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır. Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir. ONN media saglamolun.az -a istinadən sizə bu məhsulları təqdim edir:
Püstə ”Hipertoniya” jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir. Kətan toxumu Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər. Nar şirəsi Bu ən güclü təzyiqi salan təbii vasitədir. Sarımsaq Sarımsağın tərkibində olan “allisin” adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır. Hibiskus çayı Mind Body Green nəşri yazır ki, hibiskus çayı xalq təbabətində təzyiqi salmaq üçün istifadə olunur. Bu çay həmçinin qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hibiskus xalq arasında daah çox “Məkkə gülü” kimi tanınır. Çuğundur şirəsi Ürəyin normal fəaliyyəti üçün ən vacib 2 maddə - kalium və maqneziumdan əlavə çuğundur şirəsinin tərkibində nitratlar da var. Bu maddələr damarları genişləndirir və təzyiqi salır. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün çuğundur şirəsini içməyi tövsiyə edirlər. Qida mütəxəssisləri çuğundur şirəsini yarıbayarı su və ya kök şirəsi ilə qarışdırmağı məsləhət görürlər. Somon balığı ("losos") Circulation nəşrində dərc olunmuş araşdırma göstərib ki, omeqa-3 yağlı turşularla zəngin olan somon ürəyin sağlamlığını qoruyur və təzyiqi aşağı salır.Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL



Təzyiqi salan 3 faydalı içki
Təzyiq xəstələrinin diqqətinə
Yüksək təzyiqi salan ƏN UCUZ MƏHSUL
Kətan toxumunun bilmədiyiniz faydaları
Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA
Təzyiqi salmaq üçün bunları yeyin- MƏSLƏHƏTLƏR
Bu xəstəlikdən əziyyət çəkənlər hər gün sarımsaq yesin və...
Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin - FAYDALARI
ANTİ-STRESS məhsullar hansılardır? - SİYAHI
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz
Təzyiqi aşağı salmaq üçün ƏN SADƏ ÜSUL
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 