Ürək xəstəlikləri, yüksək təzyiq və infarkt əksər hallarda həddindən artıq stress yaşayan fərdlərdə müşahidə edilə bilər. ONN media bildirir ki, bunu psixiatr, uzman həkim Azər Bağırov açıqlayıb. Mütəxəssis stress nəticəsində yaranan xəstəliklər sırasında birinci yerdə baş ağrılarını qeyd edib. Həkim deyib ki, stressli vəziyyətdə baş ağrıları tez-tez görülür. Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir. Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər. Bağırsaq problemləri-qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir. Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş, ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir. Psixiatr, stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb: Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq. Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir. Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir. Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir. Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir.(E-tibb.az)
Stressin yaratdığı xəstəliklər bunlardır



Türkiyədə zəlzələdən sonra bu xəstəlik yarandı
Bu problemi yaşamamaq üçün nə etməliyik?
Mədə nevrozu – Səbəbi, əlamətləri
Stresin ciddi fəsadları ÜZƏ ÇIXDI
Saç ağarmasının səbəbi nədir?
Hansı peşə və işlərdə ürək xəstəlikləri yaranır?
Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
Xərçəngin 2 əsas SƏBƏBİ
İmsaqda nəyi, necə, nə qədər yeyək? – UZMAN HƏKİMDƏN QIZIL MƏSLƏHƏTLƏR
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir
Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər
Bu vitaminlərin çatışmamazlığı beyinə ciddi təsir edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 